Aerobika gimnastlarımız Misirdə ikinci oldular  

Aerobika gimnastlarımız Misirdə ikinci oldular  

Misirin paytaxtı Qahirədə aerobika gimnastikası üzrə “Egyptian Pharaohs Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan idmançıları da təmsil olunublar. Gimnastlarımızın beynəlxalq turnirdəki çıxışı uğurlu  alınıb. Aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.