Kikboksinqçilərimiz Türkiyədən 3 medalla qayıdıblar

Kikboksinqçilərimiz Türkiyədən 3 medalla qayıdıblar

Türkiyənin Antalya şəhərində kikboksinq üzrə VI Beynəlxalq Türkiyə Açıq turniri adlanan Avropa Kuboku turniri keçirilib. Komandamız yarışda 4 idmançı ilə təmsil olunub. Azərbaycan Kikboksinq Federasiyasından “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə komandamız turniri 2 qızıl və 1 gümüş medalla başa vurublar.
Qızıl medalları komandamıza gənclər arasında yarışan Akif Quluzadə (54 kq) və Qəşəm Məmmədov (63,5 kq) qazandırıb. Komandamızın digər üzvü Anar Məmmədov isə 57 kq çəki dərəcəsində (böyüklər) gümüş medala sahib çıxıb.
Yarışda Azərbaycanın iki hakimi - Aydın Ağabəyov və Anar Məmmədov ədaləti qoruyublar.