Komandamız Avropa çempionatında içtirak edəcək

Komandamız Avropa çempionatında içtirak edəcək

Qrapplinq üzrə yığma komandamız məşqlərə başlayıb. İdmançılarımızı qarşıda Avropa çempionatı gözləyir. Qitə çempionatı Polşanın Varşava şəhərində aprelin 25-də start götürəcək. Yarışda Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovun rəhbərliyi altında yığma komandamızın üzvləri Muhammad Əhmədzadə (84 kq), Vüsal Qasımov (71 kq) və Nadir İmaməliyev (77 kq) çıxış edəcəklər.
Turnir aprelin 27-dək davam edəcək.