Azərbaycan nümayəndə heyətinin şef-de missionu müəyyənləşib

Azərbaycan nümayəndə heyətinin şef-de missionu müəyyənləşib

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıq ilə bağlı işlər davam etdirilir. Komitə Tokio-2020-yə hazırlığın sonuncu mərhələsinə başlayıb. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. İclasda İ.Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib və eyni zamanda Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və onun müavinlərini təyin edib. Komitə prezidentinin qərarına əsasən, Rauf Mürsəlov komandanın şef-de-missionu, Elxan Rəhimov, Azər Tapdıqov və Leyli Yusifli şef-de-missionun müavinləri təyin ediliblər.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokioda fövqəladə vəziyyət rejiminin tətbiqinin Olimpiadaya təsir etməyəcəyini deyib.