Lisenziya xarakterli yarışda 6 idmançımız yarışacaq

 Lisenziya xarakterli yarışda 6 idmançımız yarışacaq

Mayın 20-dən iyunun 6-dək Xorvatiyanın Osiek şəhərində Tokio Olimpiadasına lisenziya xarakterli stend atıcılığı üzrə Avropa çempionatı keçiriləcək.
Qitə turnirində 10, 25 və 50 metr məsafələrdən atəşaçma üzrə yarışlar keçiriləcək. Yarışda Azərbaycanı 6 idmançının təmsil etməsi planlaşdırılır. Belə ki, 4 idmançı dairəvi stend, iki təmsilçimiz isə səngər stendi üzrə mübarizə aparacaq.