1300-dək marşaldan 50-si əcnəbidir

1300-dək marşaldan 50-si əcnəbidir

Formula 1 üzrə Azərbaycan Qran-prisində 1300-dək marşal iştirak edəcək. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib. O bildirib ki, marşallardan təqribən 50-si əcnəbilərdir: "Onlar daha yaxşı mobilizasiya və kapsula mühitinin qorunub saxlanılması səbəbindən yarış müddətində Atletlər kəndində olacaq".
BŞH rəsmisi Azərbaycan Qran-prisinə ümumilikdə 500 könüllünün cəlb edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb: "Hazırda könüllülər işə başlayıb. Onların bütün təlimləri bitib və yarışa tam hazırdırlar".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.