“Gündəmdə Bakıdakı yarışdır”

“Gündəmdə Bakıdakı yarışdır”

“Red Bull”un pilotu Maks Ferstappen qarşıdakı Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıb.

“Monakoda qələbə əlbəttə ki, möhtəşəm idi. Lakin bu uzun bir mövsümdür. Bütün komanda üçün əla bir həftə sonu idi. Əvvəlki illərdə Monakoda hər şey yaxşı getmirdi, səhvlər və uğursuzluqlar var idi. Amma biz qalib gəldik, pilotların və konstruktorların Kubokunda liderlik edirik və bu çox vacibdir. 2021-in ilk yarışları yaxşı keçdi, amma qələbə qazanmalı olduğumuz daha çox yarış var. Gündəmdə Bakıdakı yarışdır. Biz orada da qalib gəlməliyik. Hələ ki, Bakıda bizim bəxtimiz çox gətirməyib. Düzdür, biz Monakoda da eyni vəziyyətlə rastlaşmışıq. Beləliklə, bəlkə də bu il yaxşı bir yarış olacaq. Görək orada necə çıxış edəcəyik”, - deyə M. Ferstappen qeyd edib.