FIA Bakıda bolidlərin arxa qanadlarının çevikliyini yoxlayacaq

FIA Bakıda bolidlərin arxa qanadlarının çevikliyini yoxlayacaq

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 Azərbaycan Qran-Prisi zamanı bolidlərin arxa qanadlarının çevikliyini yoxlamağa başlayacaq.

Bütün avtomobillərdə arxa qanadda diametri 1 sm olan sarı rəngli 12 ədəd dəyirmi stiker yerləşdiriləcək: altısı - qanadın əsas müstəvisində, altısı - bağlanan hissədə. Onların köməyi ilə yarış zamanı fərqli sürətlərdə qanadın bükülməsini izləmək mümkün olacaq. Stikerlər hər bir avtomobilə əvvəlcədən təyin olunmuş bir aralıqla yerləşdiriləcək və cari mövsümün sonuna qədər avtomobillərdə qalacaq.

Stikerlər, həmçinin mövcud qanadları iyunun 15-nə planlaşdırılmış müvafiq yoxlamaların sərtləşdirilməsindən sonra komandaların istifadə etməyə başlayacaqları qanadlarla müqayisə etməyə imkan verəcək. Xatırladaq ki, “Mercedes”in “Red Bull”dan olan rəqibləri ilə bağlı şikayətlərindən sonra vəziyyət ciddiləşib.