Formula 1: “AlphaTauri”dən uğulu nəticə

Formula 1: “AlphaTauri”dən uğulu nəticə

Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyublar. 1 saat ərzində 6 kilometrlik Bakı trekində keçirilən yürüşdə “AlphaTauri” komandasının pilotu Pyer Qasli üçüncü yürüşdə fərqlənməyi bacarıb. Serxio Peres (“Red Bull Racing”) ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü olublar.