Mayk Tayson Floyd Meyvezerə irad bildirdi

Mayk Tayson Floyd Meyvezerə irad bildirdi

Boks üzrə ağır çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Mayk Tayson beş çəki dərəcəsində keçmiş çempion Floyd Meyvezerə irad bildirib. M.Taysonun fikrincə o, Floyddan qat-qat ağır çəkidə olan blogger Loqan Pol ilə döyüş keçirməkdə səhv qərar verib. Mayk Tayson hesab edir ki, F.Meyvezer daha yüngül çəkidə döyüşməlidir.
“Düşünürəm ki, Floyd döyüşməyə davam etməlidir. Amma lənətə gəlmiş birinci ağır çəkidə döyüşməli olduğunu hesab etmirəm. O, eyni çəki dərəcəsində olan boksçularla döyüşməlidir. Floyd Loqana çəki atmasını məcbur etməli idi. Düzünü deyim ki, onun bunu etməməsi məni çox təəccübləndirdi”, - deyə M.Tayson bildirib.
Qeyd edək ki, Floyd Meyvezer ilə Loqan Pol arasında keçirilən sərgi döyüşü 3 dəqiqə olmaqla, 8 raund təşkil edib. Nəticədə qalib müəyyənləşməyib.