Tennisçinin hərəkəti kilsə rəhbərliyini əsəbləşdirib

Tennisçinin hərəkəti kilsə rəhbərliyini əsəbləşdirib

Dünyanın dördüncü raket ustası Aqneşka Radvanskanın incəsənətə məhəbbəti ona baha başa gəlib. Polşa katolik təşkilatı, məşhur ESPN jurnalında verdiyi foto-sessiyaya görə, Radvanskanı üzvlükdən azad edib və onunla hər cür əlaqəni kəsib. Buna səbəb tanınmış tennisçinin adıçəkilən jurnalda açıq-saçıq şəkillərinin çap olunmasıdır.
Polşa katoliklərinin rəhbəri Marek Civitski bu məsələ ilə bağlı deyib: "Bu, xristian dininə, İsa peyğəmbərə təhqirdir. Əgər Radvanska gələcəkdə sevdiyi bir insanla ailə həyatı qurmaq istəsə, çox güman ki, bu açıq-saçıq şəkilləri yaxınlarından mütləq gizlədəcək”.
Qeyd edək ki, 24 yaşlı Polşa idmançısı hazırda dünya reytinqində dördüncü yeri tutur.