İrqçilik jestinə görə voleybolçu və federasiya cəzalandırıldı

İrqçilik jestinə görə voleybolçu və federasiya cəzalandırıldı

Serbiya voleybolçusu Sanca Djurdjeviç iki oyun diskvalifikasiya edilib, Serbiya Voleybol Federasiyası isə 22 min dollar cərimələnib. Buna səbəb qadın Millətlər voleybol Liqasının cərçivəsində Tailand komandası ilə oyunda S.Djurdjeviçin  “asiya göz kəsiyi”ni yamsılayaraq irqçi jestlərini etməsi olub.

“Beynəlxalq Voleybol Federasiyasının İntizam Komissiyasının Təşkilat Komitəsi yarışlar çərçivəsində intizam sanksiyaları tətbiq etmək səlahiyyəti olan müstəqil orqan olaraq, müəyyən edib ki, S. Djurdjeviç Serbiya və Tayland arasında 2021-ci ildə keçirilən Millətlər voleybol Liqası matçında edilən jest vasitəsilə Təşkilat Komitəsini intizam reqlamentini pozub”, - deyə qeyd olunub.