UEFA irqçiliyə qarşı olanları dəstəklədi

UEFA irqçiliyə qarşı olanları dəstəklədi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşləri Avro-2020 matçlarında Black Lives Matter (qaraların həyatı önəmlidir) hərəkatına dəstək aksiyasına hörmət etməyə çağırıb.
“UEFA irqçiliyə qarşı dözümsüzdür və hər hansısa bir futbolçu diz çökmək istəyərsə, insanları​ bərabərliyə çağırarsa, bunu azad şəkildə etmək hüququna malik olacaq”, - deyə təşkilatın nümayəndəsi bildirib.
Qeyd edək ki, aprel ayında bildirilmişdi ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda Olimpiya Oyunları zamanı Black Lives Matter hərəkatı ilə həmrək olaraq diz çökməsini qadağan edib. ABŞ nümayəndələri Olimpiya Oyunları zamanı siyasi aksiyaları qadağan edən Olimpiya xartiyasının qaydalarını ləğv etmək üçün müraciət etsə də, BOK bu qərarı qüvvədə saxlayıb.