Avro-2020 zamanı gözlənilməz məhdudiyyətlər tətbiq olunur

Avro-2020 zamanı gözlənilməz məhdudiyyətlər tətbiq olunur

Sankt-Peterburqda Avro-2020-nin keçirilməsi zamanı koronavirus infeksiyasını yayılmasının qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edilib.
“Pandemiya şəraitində şəhər sakinlərinin və qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə iyunun 11-dən iyulun 11-dək mədəni və kütləvi tədbirlərin keçirilməsi üçün əlavə tələblər müəyyən edilir. Bu ərəfədə Sankt-Peterburqun Mədəniyyət Komitəsi ilə razılaşdırılmaqla qapalı məkanlarda keçirilən tədbirlərə ziyarətçilərin maksimum sayı üç min nəfərdən çox ola bilməz. Təşkilatçılar açıq havada keçirilən mədəni və kütləvi tədbirləri isə iyunun 11-dək Sankt-Peterburqun Mədəniyyət Komitəsi tərəfindən təsdiq olunacaq xüsusi reqlamentin tələblərinə riayət olunmasını təmin etməlidirlər”, - deyə Sankt-Peterburq Administrasiyasının mətbuat xidmətinin bəyanatında bildirilir.