Baxışların duelində rekord nəticə

Baxışların duelində rekord nəticə

Ağır çəkidə dərəcəsində WBC kəmərinin hazırki sahibi, britaniyalı Tayson Füri və amerikalı Deontey Uaylder 6 dəqiqə davam edən baxışların duelini keçiriblər.

Boksçular Los-Ancelesdə konfransda üz-üzə gəliblər. Onlar biri-birinin gözlərinin içinə rekord vaxt-5 dəqiqə 25 saniyə baxıblar. İlk olaraq baxışlarını D.Uaylder çəkib.

Nəticə olaraq, ilk döyüş heç-heçə başa çatıb. Revanş qarşılaşmasında T.Füri rəqibini nakauta salıb. Boksçuların 3-cü döyüşü iyulun 25-də Los-Ancelesin T-Mobile arenasında təşkil olunacaq.

Xatırladaq ki, Tayson Fürinin hesabında 30 qələbə, 0 məğlubiyyət və 1 heç-heçə, Deontey Uaylderin hesabında isə 42 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə var.