İspaniyalı öz oyunundan razıdır

İspaniyalı öz oyunundan razıdır

"Böyük dəbilqə” seriyasından olan US Open turnirinin qalibi Rafael Nadal hazırda əla formada olduğunu deyib. Dünyanın 2-ci raket ustası hazırkı oyununu 2010-cu il mövsümü ilə müqayisə etməkdə çətinlik çəkdiyini bildirib. Xatırladaq ki, Nadal "Böyük Dəbilqə” turnirində sonuncu dəfə 2010-cu ildə qalib gəlib.
"Bilirsiniz ki, 3 il bundan əvvəl US Open turnirinin qalibi olmuşdum. Həmin vaxt, məncə, yaxşı formada idim. Düzü, indi əvvəlki qarşılaşmalarımı analiz etmək istəməzdim. Bilmirəm, Monrealda daha yaxşı çıxış etdim, yoxsa Olimpiada-1988-də? Bəlkə 2010-cu illə müqayisədə, bu gün daha yaxşı formadayam? Bu suallara cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, "Masters-1000” seriyasından olan turnirlərdə 2 il ardıcıl qalib gəlsə idim, əla formada olduğumu deyə bilərdim. Bütün hallarda öz oyunumdan razıyam və bu cür davam etməyə çalışacağam”, - deyə Nadal bildirib.