Zəka sahibimiz məğlub olaraq liderdən geri qaldı

Zəka sahibimiz məğlub olaraq liderdən geri qaldı

Ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin beşinci turunun oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turda ABŞ təmsilçisi Sem Şenklandla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımız qarşılaşmadan məğlub ayrılıb. Turun digər oyunlarında Polşa təmsilçiləri Yan-Kşıştof Duda niderlandlı Jorden Van Foresti məğlub edib, Radoslav Voytaşek isə isveçli Nils Qrandeliuslə heç-heçə edib. Çexiya şahmatçısı David Navaranın həmyerlisi Tay Dan Van Nquyenlə görüşü də bərabərlik şəraitində başa çatıb.

Turnir cədvəlinə görə, aktivində 4 xal olan S.Şenkland liderdir. N.Abasov isə 3 xalla üçüncü yerdədir. Turnir 7 turdan ibarətdir.