“Qəbələ” növbəti transferini rəsmiləşdirdi

“Qəbələ” növbəti transferini rəsmiləşdirdi

“Qəbələ” klubu daha bir futbolçu ilə heyətini gücləndirib. Əyalət təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. M.İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.

Qeyd edək ki, “Qəbələ” klubu bunadək Urfan Abbasovla müqavilə imzalamışdı.