Final qarşılaşması Londonda olmayacaq?

Final qarşılaşması Londonda olmayacaq?

UEFA AVRO-2020-nin final matçının yerini dəyişməyə qərar verib. Belə ki, Avropa çempionatının finalı Londonun “Uembli” stadionundan alınıb, başqa şəhərə verilə bilər. Namizəd şəhər kimi əsas variant Budapeşt göstərilir. Səbəb isə Britaniya paytaxtında pandemiya ilə bağlı yeni yoluxmaların olması göstərilir. İngiltərə hökuməti bu səbəbdən ciddi karantin tədbirləri görməyə hazırlaşır. Belə olduğu təqdirdə həm futbolçular, həm azarkeşlər, eləcə də rəsmilər üçün çətinlik yarana bilər. UEFA Macarıstan hökumətilə də danışıqlara başlayıb. Qeyd edək ki, UEFA Budapeşt variantında maraqlıdır.  Çunki bu ölkədki stadiona azarkeşlərin 100 faizi buraxılır. Xatırladaq ki, qitə çempionatının finalı iyulun 11-də keçiriləcək.