Qadın tennisçilərimizdən möhtəşəm qələbə

Qadın tennisçilərimizdən möhtəşəm qələbə

Litvanın paytaxtı Vilnüsdə amerikalı sabiq​ tennisçi​ Bili Cin Kinqin şərəfinə Dünya Kuboku keçirilir. 21 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan millisi də iştirak edir. Yalçın Manaflının kapitanı olduğu qadın millimiz yarışda​ Umayra Həşimova, Züleyxa Səfərova,​ Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunur. F qrupuna yarışan komandamız əvvəlcə Namibiyadan üstün olub -3:0.

Tennisçilərimiz növbəti oyununu Albaniya yığmasına qarşı keçirib və 2:1 hesablı əzimkar qələbə qazanıb. Komandamız qrup üçüncüləri arasında keçirilən pley-off görüşündə İslandiya tennisçiləri ilə qarşılaşıb. Komandamız bu görüşdə də 3:0 hesabı ilə qalib gələrək tarixi nəticəyə nail olublar. Beləliklə, komandamız gələn mövsüm də bu divizionda mübarizə aparacaq.​