Daha bir boksçumuz 1/4 finala vəsiqə qazandı

Daha bir boksçumuz 1/4 finala vəsiqə qazandı

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilir. 41 ölkənin iştirak etdiyi yarışın üçüncü günü Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb. Onlardan yalnız Maqsud Xasmetov (56 kq) döyüşünü qələbə ilə başa vurub. Boksçumuz 1/8 finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Xasmetovdan fərqli, Əli Zamanov (52 kq), Cəlal Qurbanov (60 kq), Sərxan Əliyev (69 kq) və Murad Allahverdiyev (81 kq) məğlub olaraq, yarışla vidalaşıblar.
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) yarışın ikinci günü 1/4 finala vəsiqə qazanıb. Avropa çempionatına iyunun 24-də yekun vurulacaq.