İkiqat Olimpiya çempionu döyüşə hazırlaşır

İkiqat Olimpiya çempionu döyüşə hazırlaşır

Boks üzrə orta çəkidə mütləq dünya çempionu və ikiqat Olimpiya çempionu Klarissa Şilds qarışıq üslub döyüşləri qaydası ilə növbəti döyüşünə hazırlaşır. Məlumata görə K.Şildsın PFL-dəki​ ikinci peşəkar döyüşü avqustun 27-də keçiriləcək. İdmançının rəqibi hələ ki, dəqiqləşdirilir.
Qeyd edək ki, iyunun 10-da Klarissa Şilds PFL 4 çərçivəsində keçirilən döyüşün 3-cü raundunda Brittni Elkini nakauta salmışdı.