Daha bir ulduz Tokio-2020-dən imtina etdi

Daha bir ulduz Tokio-2020-dən imtina etdi

Tokio-2020 Yay Olimpiya Oyunlarından​ daha bir ulduz idmançı imtina edib. Dünyanın 6-cı raketkası Sofiya Kenin Tokio Olimpiadasında olmayacaq.​ Bunu 22 yaşlı ABŞ tennisçisinin özü açıqlayıb: “Olimpiadada oynamayacağam. Bu, çətin qərar idi, amma bunu agentlərimlə müzakirə etdik. Mən öz komandamdan heç kimi apara bilməyəcəkdim. Bu da müəyyən qədər mənim istədiyim deyil. Bu, asan deyildi, mən Olimpiya Oyunlarını sevirəm”.
Qeyd edək ki, Keninə qədər 3-cü raketka rumıniyalı Simona Halep və reytinqin səkkizincisi ABŞ təmsilçisi Serena Uilyams da Tokio-2020-yə qatılmayacağını açıqlayıb.