Tokio Olimpiadasında Rusiya millisini rahib müşahidə edəcək

Tokio Olimpiadasında Rusiya millisini rahib müşahidə edəcək

Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün yollanacaq Rusiya millisini Rusiya provaslav kilisəsinin rahibi Andrey Alekseyev müşahidə edəcək.

Bu barədə bədən tərbiyəsi və idman üzrə Patriarx Komissiyasının sədri metropolit Murmansk və Monçeqorskiy Mitrofan (Badanin) bildirib.

 “Andrey Alekseyev ata komanda ilə birgə gedəcək. Amma əvvəl daha çox müşaiətçi var idi. Hər bir halda xeyli sayda idmançı gedir və hər birinə fərdi yanaşma lazımdır. Lakin o, bütün işləri öz üzərinə götürəcək. Qeyd etməliyəm ki, bu qərar koronavirus infeksiyası ilə bağlıdır”, - deyə o, bildirib.