Ölkəmizi Tokio-2020-də təmsil edəcək idmançılar müəyyənləşdi

Ölkəmizi Tokio-2020-də təmsil edəcək idmançılar müəyyənləşdi

Azərbaycanı Tokio-2020-də təmsil edəcək idmançıların sayı açıqlanıb. Komandamız XXXII Yay Olimpiya Oyunlarında 13 idman növü üzrə 44 (28 kişi, 16 qadın) idmançı ilə təmsil olunacaq.

Komandamız dördilliyin zirvə yarışlarında güləş (sərbəst güləş (3), yunan-Roma güləşi (2),  qadın güləşi (2)), cüdo (9), boks (5), karate (3), gimnastika (3), Azərbaycanın gimnastika üzrə qrup hərəkətləri komandası (qrup-çoxnövçülük (5), taekvondo (2), atletika (2), üzgüçülük (2), atıcılıq (2), triatlon (1), qılıncoynatma (1), badminton (1), şose velosipedi (1) idman növlərində mübarizə aparacaq.   

 

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançılar:

1. Anna Skidan (Atletika - çəkicatma)

2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)

3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)

4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)

5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)

6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)

7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)

8. Məryəm Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)

9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)

10. Zeynəb Hümmətova (Bədii gimnastika - qrup çoxnövçülük)

11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)

12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)

13. Ruslan Lunyov (Güllə atıcılığı - 25/50 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

14. Elçin Əsədov (Velosiped idmanı - şosse)

15. Milad Beiqi (Taekvondo - 80 kq)

16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)

17. Tayfur Əliyev (Boks - 57 kq)

18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)

19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)

20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)

21. Anna Başta (Qılıncoynatma - sablya)

22. Elis Manolova (Qadın güləşi - 68 kq)

23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)

24. Fəridə Əzizova (Taekvondo - 67 kq)

25. Rafael Ağayev (Karate - 75 kq)

26. İrina Zaretskaya (Karate - +61 kq)

27. Eydi Reski Dviçahyo (Badminton)

28. Kəramət Hüseynov (Cüdo - 60 kq)

29. Orxan Səfərov (Cüdo - 66 kq)

30. Rüstəm Orucov (Cüdo - 73 kq)

31. Murad Fətiyev (Cüdo - 81 kq)

32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)

33. Zelim Kotsoyev (Cüdo - 100 kq)

34. Uşanqi Kokauri (Cüdo - +100 kq)

35. Aişə Qurbanlı (Cüdo - 48 kq)

36. İrina Kindzerskaya (Cüdo - +78 kq)

37. Rostislav Pevtsov (Triatlon)

38. Cavid Çələbiyev (Boks - 63 kq)

39. Lorenso Sotomayor (Boks - 69 kq)

40. Alfonso Dominqes (Boks - 81 kq)

41. Məhəmməd Abdullayev (Boks - +91 kq)

42. Firdovsi Fərzəliyev (Karate - 67 kq)

43. Emin Cəfərov (Stend atıcılığı)

44. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)

Qeyd edək ki, Tokio-2020-yə lisenziya qazanan atletimiz atletimiz Aleksis Kopello zədələnib əməliyyat olunduğu üçün, olimpiadada iştirak edə bilməyəcək.