Tokio-2020 Azərbaycanın qadın bayraqdarı Fəridə Əzizova olacaq

Tokio-2020 Azərbaycanın qadın bayraqdarı Fəridə Əzizova olacaq

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarının adına aydınlıq gəlib. Üçrəngli bayrağımızı cüdoçu Rüstəm Orucovla yanaşı, taekvondoçu Fəridə Əzizova da daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.