Daha bir ulduz Tokio-2020-dən imtina etdi

Daha bir ulduz Tokio-2020-dən imtina etdi

İsveçrəli tennisçi Roje Federer Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. İdmançı bu barədə qərarını özünün şəxsi “Twitter” hesabında açıqlayıb. Tennisçi dizindəki zədə səbəbindən belə qərara gəldiyini bildirib. Qeyd edək ki, 39 yaşlı Federer 2008-ci ildə Olimpiadanın qalibi olub (cütlük), 2012-ci ildə isə fərdi yarışlarda gümüş medala sahib çıxıb.