Boksçularımız bu gün Tokio-2020-də mübarizəyə başlayırlar

Boksçularımız bu gün Tokio-2020-də mübarizəyə başlayırlar

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start veriləcək.​ Olimpiadanın ikinci günündə Azərbaycan yığmasının 3 boksçusu mübarizəyə başlayacaq.​

24 iyul
1/16 final
57 kq
Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

Qeyd edək ki, yığmamız Olimpiadaya 5 boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilir.