Olimpiadaların futbol yarışlarının çempionları

Olimpiadaların futbol yarışlarının çempionları

Tokio-2020 Yay Olimpiya Oyunlarının bu gün açılış mərasimi olsa da, futbol yarışları dünəndən start götürüb. Komandalar Olimpiada tarixində futbol yarışlarının 27-ci qızıl medalçısını müəyyənləşdirəcəklər.

1896-cı ildən təşkil olunan Yay Olimpiya Oyunlarında indiyə qədər 19 yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Siyahıya Macarıstan və Böyük Britaniya şərikli liderlik edir. Adıçəkilən millilər hərəyə 3 dəfə Olimpiya çempionluğuna layiq görülüb.

Yay Olimpiya Oyunlarının futbol yarışlarında çempionlar

1-2. Macarıstan - 3 çempionluq (1952, 1964, 1968)
Böyük Britaniya - 3 (1900, 1908, 1912)
3-5. Argentina - 2 (2004, 2008)
SSRİ - 2 (1956, 1988)
Uruqvay - 2 (1924, 1928)
6-19. Braziliya - 1 (2016)
Yuqoslaviya - 1 (1972)
Polşa - 1 (1972)
İspaniya - 1 (1992)
Almaniya - 1 (1976)
Nigeriya - 1 (1996)
Fransa - 1 (1984)
Çexiya - 1 (1980)
İtaliya - 1 (1936)
İsveç - 1 (1948)
Belçika - 1 (1920)
Meksika - 1 (2012)
Kanada - 1 (1904)
Kamerun - 1 (2000)