Bu gün Tokio-2020-də 2 idmançımız qüvvəsini sınayacaq

Bu gün Tokio-2020-də 2 idmançımız qüvvəsini sınayacaq

Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Oyunların 7-ci günündə daha 2 idmançımız mübarizə aparacaq. Bunlar 100 kq çəki dərəcəsində çıxış edəcək cüdoçumuz Zelim Kotsoyev 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan boksçumuz Məhəmməd Abdullayevdir. Zelim Kotsoyev Olimpiadada ilk görüşünə çıxacaq. Mübarizəyə 1/6 finaldan başlayacaq idmançımız ilk görüşünü fransalı Aleksandr İddirə qarşı keçirəcək.
Zelim Kotsoyevdən fərqli olaraq boksçumuz Məhəmməd Abdullayev Tokioda ikinci görüşünə çıxacaq. İlk görüşünü bruneyli Denis Latıpov üzərində qələbə ilə başa vuran boksçumuz 1/8 finalda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.