Lui van Qal üçüncü dəfə Niderland millisinin baş məşqçisi vəzifəsinə gətirildi

Lui van Qal üçüncü dəfə Niderland millisinin baş məşqçisi vəzifəsinə gətirildi

Futbol üzrə Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Millini bundan sonra niderlandlı mütəxəssis Lui van Qal idarə edəcək. 70 yaşlı mütəxəssis bu vəzifədə Avropa çempionatından sonra sonra istefaya göndərilən Frank de Buru əvəzləyib. Lui van Qalın gəlişindən sonra məşçilər heyətində Danni Blind, Henk Freyzer və Frank Hoek də yer alacaq.
Məlumat üçün qeyd edək ki, Lui Van Qal 2000-2001 və 2012-2014-cü illərdə milli komandanın baş məşqçisi vəzifəsində çalışıb. Niderland millisi onun rəhbərliyi altında 2014-cü ildə təşkil olunan dünya çempionatının bürünc medallarına sahib çıxıb.