Şirkətin əməkdaşları və jurnalistlər arasında stolüstü tennis üzrə yarış keçirilib

Şirkətin əməkdaşları və jurnalistlər arasında stolüstü tennis üzrə yarış keçirilib

Avqustun 31-də "Excelsior Hotel Baku” hotelinin və "AtaSığorta” ASC-nin dəstəyi ilə "Aura” sağlamlıq mərkəzində "AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında stolüstü tennis üzrə yarış keçirilib. "AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının mübarizəsində "AtaTexnologiya” MMC-nin əməkdaşı Cahangir Qənizadə bütün rəqiblərini məğlub edərək, birinci yeri tutub. "AtaBank” ASC-nin əməkdaşı Rüstəm Səfərov ikinci, "AtaSığorta” ASC-nin əməkdaşı Ramil Abdullayev üçüncü pilləyə sahib çıxıb. Jurnalistlər arasında keçirilən stolüstü tennis yarışında "Sportsman” jurnalının əməkdaşı Bəhruz Səmədov qalib adını qazanıb. "Sportsman” jurnalının digər əməkdaşı Rəşad Qəmərşahoğlu ikinci olub. AzərTAC agentliyinin əməkdaşı Məhərrəm İbrahimov üçüncü yerə sahib çıxıb. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. "AtaSığorta” ASC İdarə Heyəti sədrinin müavini Orxan Məmmədov yarışla bağlı bunları deyib: "Asudə vaxtın təşkilinə yönəldilmiş idman yarışları nəinki əməkdaşların maraqlı və parlaq istirahət etməsinə, həm də komandanın formalaşmasına xidmət edir. Kütləvi oyunlar komanda üzvlərində ruh yüksəkliyinə səbəb olur, onlarda pozitiv emosiyalar və yaxşı əhval-ruhiyyə yaradır. Şirkətlərimizin fəaliyyətinin uğurunu təmin edən amillərdən biri elə məhz yaxşı korporativ komandanın olmasıdır”.
"Excelsior Hotel Baku” hotelinin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık da yarışla bağlı fikirlərini bildirib: "Bir çox iş adamları üçün idman meydançası artıq nəinki iş günündən sonra əla dincəlmək imkanı, həm də sərbəst şəraitdə cari məqamları müzakirə etmək yeridir. Oyun zamanı tennisçi təkcə düşünmür, o, analiz edir, müşahidə aparır, fikrini tam cəmləşdirə bilir. Bu idman növü əzələlərə düşən bərabər yüklənməni təmin edir, üstəlik öz imkanlarını düzgün qiymətləndirmək və bədən hərəkətlərini dəqiq koordinasiya etmək qabiliyyətini inkişaf etdirir”.