Paralimpiya Oyunlarında azarkeşlərlə bağlı qərar verildi

Paralimpiya Oyunlarında azarkeşlərlə bağlı qərar verildi

Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək. Bu haqda Təşkilat Komitəsi qərar çıxarıb.Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq bu addım atılıb.
Paralimpiada üçün 700 min bilet satılıb və biletlərə xərclənən vəsait alıcılara qaytarılacaq.
Qeyd edək ki, Paralimpiya Oyunları 24 avqust - 5 sentyabrda keçiriləcək. Avqustun 8-də başa çatan Tokio Yay Olimpiya Oyunları da azarkeşlərin iştirakı olmadan keçirilib.