Tokio-2020: Yığmamızın medal sayı artır 

Tokio-2020: Yığmamızın medal sayı artır 

Tokio-2020 Yay Paralimpiya Oyunları davam edir. Paracüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşıb. Rəqibini məğlub edən N.Abaslı Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.