Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda məşqçi-müəllimlərin fəaliyyəti və Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondoçuların çıxışı müzakirə olunub. Verilən qərara əsasən, məşqçi-müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub. Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi Sənan Həşimov, qadınlardan ibarət yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunublar.
Gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən yığmanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşadək idmançılardan ibarət milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidov təyin ediliblər.
Taekvondo Federasiyasında yeni məşqçi təyinatları olub