Birinci MDB Oyunları: Stolüstü tennis komandalarımızdan bürünc medal

Birinci MDB Oyunları: Stolüstü tennis komandalarımızdan bürünc medal

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunları davam edir. Bu gün komandamız oyunlarda növbəti medallarını qazanıb. Komandamızın aktivinə medalları stolüstü tennisçilərimiz yazdırıblar. Belə ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə milli komandalarımız yarışda üçüncü yeri tutub. Oğlanlardan ibarət komandamız yarımfinalda Belarusa 0:3 hesabı ilə məğlub olub.

Qızlardan ibarət komandamız isə yarımfinalda Rusiyaya məğlub olaraq bürünc medallara sahib çıxıb - 0:3.

Qeyd edək ki, oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari yer alıb.

Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova MDB Oyunlarında mübarizə aparıb.