UEFA «Ayaks»a qadağa qoyub

UEFA «Ayaks»a qadağa qoyub

UEFA Amsterdam «Ayaks»ına müğənni Bob Marliyə həsr etdiyi futbol formasına görə qadağa qoyub. Klubun mətbuat xidmətindən verilən məlumata görə, qitənin ali idman qurumu «Ayaks»dan bu geyimi yığıdırmağı tələb edib. Verilən məlumata görə, bu UEFA tələblərinə ziddir və rəsmi oyunlarda belə bir geyimdə çıxış etmək olmaz. Qeyd edəki ki, Asterdam təmsilçisi sabah UEFA Çempionlar Liqasında Lissabon «Sportinq»i ilə üz-üzə gələcək.