Boksçularımız Rusiyada iki bürünc medala sahib çıxdı

Boksçularımız Rusiyada iki bürünc medala sahib çıxdı

Rusiyanın Krasnodar şəhərində gənc boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Yarışda 15 ölkədən 146 idmançı qüvvəsini sınayıb. Turnirdə ölkəmizi 4 boksçu təmsil edib. Baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi etdiyi komandamız yarışda 2 bürünc medal qazanıb. Komandamıza medalları Nicat Hüseynov (51 kq) və Fətəli İsmayılov (86 kq) qazandırıb. Fətəli İsmayılov və Tural Sarıyev (48 kq) göstərdikləri döyüşə görə turnirin xüsusi kuboku ilə də mükafatlandırılıblar.

Qeyd edək ki, yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb.