Fudokançılarımız Avropa çempionatına yollanırlar

Fudokançılarımız Avropa çempionatına yollanırlar

Oktyabrın 2-6-da Polşanın Katovis şəhərində fudokan idman növü üzrə 25-ci Avropa çempionatı keçiriləcək. 30-dan çox ölkənin iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda 8 nəfərlik heyətlə təmsil olunacaq. Belə ki, Avropa çempionatında mübarizə aparacaq idmançılar Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov, Elməddin Səlimli ilə yanaşı, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Gündüz Vəliyev, məşqçilər Xəyal Fərhadov və Əmirqulu Quliyev də yarışa yollanacaqlar.