Avropa çempionatında 45 zəka sahibimiz yarışacaq

Avropa çempionatında 45 zəka sahibimiz yarışacaq

Oktyabrın 15-də müxtəlif yaş qruplarında şahmat üzrə onlayn Avropa çempionatı keçiriləcək. 10, 12, 14, 16, 18 və 20 yaşlı şahmatçıların iştirak edəcəkləri qitə çempionatında ölkəmizi 45 idmançı təmsil edəcək. İsveçrə sistemi üzrə keçiriləcək çempionat 9 turdan ibarət olacaq. Yarış oktyabrın 21-dək davam edəcək.