Beynəlxalq dərəcəli hakim Fikrət Axundov qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb. O, turnirin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiya klubları - “Uraloçka” və “Proton” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi israilli İris Stojcic-Fogel olacaq. Görüş noyabrın 23-də Rusiyanın Nijnıy Taqıl şəhərində keçiriləcək.
Komandalar arasında ilk oyun noyabrın 17-də Saratovda (Rusiya) təşkil olunacaq.
Ədalət təmsilçimiz CEV kuboku yarışlarına təyinat alıb
![Ədalət təmsilçimiz CEV kuboku yarışlarına təyinat alıb](https://www.olimpnews.az/uploads/img/posts/2021/10/18/CEVjpg-1634561544.jpg)