Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb

MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin (MOK) rəhbərlərinin regional forumu çərçivəsində Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb.
Sənədi Daşkənddə keçirilən illik regional forumda iştirak edən MOK baş katibinin müavini Azər Əliyev və Özbəkistan MOK-un prezidenti Rustam Şaabdurrəhmanov imzalayıblar.
Milli Olimpiya komitələrinin rəhbərlərinin və məsul şəxslərinin iştirak etdikləri forumun məqsədi MDB dövlətləri, Baltikyanı ölkələr və Gürcüstan arasında siyasi, iqtisadi, mədəni sahələrdə, idman istiqamətində davam edən əməkdaşlığı daha da gücləndirmək, təcrübə mübadiləsi aparmaq və birgə inkişaf üçün yeni planları müzakirə etməkdir. Qitənin 14 ölkəsindən 34 nümayəndənin qatıldığı forumda Azərbaycanı MOK baş katibinin müavini Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov təmsil edirlər. Azər Əliyev forumda “Azərbaycan Milli Olimpiya Komitəsinin 2017-2021-ci illərdəki fəaliyyəti haqda” məruzə ilə çıxış edib.
Regional forumun iştirakçıları idmanın inkişafı ilə bağlı təklifləri müzakirə etməklə yanaşı, yeni strateji planlarla bağlı da fikir mübadiləsi aparıblar.

Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb Azərbaycanın və Özbəkistanın Milli Olimpiya komitələri arasında anlaşma memorandumu imzalanıb