Dünya çempionatı COVİD-19-a görə təxirə salındı

Dünya çempionatı COVİD-19-a görə təxirə salındı

Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı təxirə salınıb. Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar yarışın 2022-ci ildə keçiriləcəyi barədə qərar qəbul edilib.  AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə dayanır: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".

Qeyd edək ki, dünya çempionatı dekabrın 6-19-da təşkil olunmalı idi.