Mixail Malkin dünya çempionatının finalında

Mixail Malkin dünya çempionatının finalında

Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb. Ümumi siyahıda ilk səkkiz pillədə qərarlaşan idmançılar həlledici mərhələyə yüksəliblər. Təmsilçimiz 75,200 xalla təsnifat mərhələsini üçüncü pillədə başa vurub. M.Malkin ilə yanaşı, finalda Rusiya Gimnastika Federasiyasının nümayəndələri Aleksandr Lisitsin, Vadim Afanasev, ABŞ təmsilçisi Kaden Braun, Böyük Britaniya gimnastları Uilliam Koven, Kristof Uilerton, danimarkalı Martin Abildqaard və Adam Matthiesen mübarizə aparacaqlar.
Final mərhələsi noyabrın 21-də təşkil olunacaq.