Güləş üzrə Azərbaycan çempionatı davam edir 

Güləş üzrə Azərbaycan çempionatı davam edir 

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyində bu gün klassik güləş üzrə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq çəki dərəcələrində medalçıların adlarına aydınlıq gələcək.
Xatırladaq ki, dünən start götürən yarışda yunan-Roma güləşi üzrə İbrahim Nurullayev (55 kq), Elmir Əliyev (60 kq), Murad Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və Tuncay Vəzirzadə (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın sonuncu günündə - dekabrın 9-da isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri müəyyənləşəcək.