“Sambaçı” çempionluq titulunu qorudu

“Sambaçı” çempionluq titulunu qorudu

Braziliyalı qarışıq döyüş ustası Çarlz Oliveyra UFC 269-un əsas qarşılaşmasında amerikalı Dastin Porye ilə qarşılaşıb. Las-Veqasda təşkil olunan döyüşdə Çarlz Oliveyra qalib gələrək, yüngül çəkidə çempionluq titulunu ilk dəfə uğurla müdafiə edib. D.Porye ilk raundda daha üstün görünsə də, döyüşün növbəti hissəsində Oliveyra təşəbbüsü ələ keçirib. Braziliyalı döyüşçü üçüncü raundda boğma fəndi ilə qələbə qazanıb.
Qeyd edək ki, bu, Ç.Oliveyranın ardıcıl onuncu qələbəsi olub.