Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib

Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülərdən ibarət komandalar arasında “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş “Hədəf” adlı tir atıcılığı turniri keçirilib. Yarışın məqsədi “Beynəlxalq Könüllülər Günü”nün qeyd edilməsi, Şanlı Zəfər tariximizin geniş təbliği, gənclərin çağırışa qədər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkilidir. Ümumilikdə 9 komandanın təmsil olunduğu yarışda iştirakçılar hədəfi dəqiq nişan alma mübarizəsində öz bacarıqlarını sınayıblar. Yarışın yekun nəticəsinə əsasən I yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Şahinlər” komandası tutub. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq, 15 nömrəli tam orta məktəbin “Qalib əsgər” və “Snayper” komandaları layiq görülüb. Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif ediliblər.

Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib