“Təhsil” RİM-in güləşçiləri Türkiyədə uğur qazanıblar

“Təhsil” RİM-in güləşçiləri Türkiyədə uğur qazanıblar

İstanbulda sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin yunan-Roma güləşi üzrə yığma komandası yarışda uğurla çıxış edib. Belə ki, komandanın tərkibində çıxış edən Cavidan Nəhmətov (65 kq) bütün rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.
Əli Əlbəndov (62 kq), İslam Rüstəmli (85 kq) ikinci, Rəvan Sarızadə (48 kq), Arif Nemətov (52 kq), Habil Səmədov (52 kq), Nihad Bədəlov (62 kq), Elxan İsayev (68 kq), Vaqif Şahverdiyev (76 kq) və Namiq Əhmədov (97 kq) üçüncü yeri tutublar.