Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizə aparıb

Stolüstü tennisçimiz beynəlxalq turnirdə mübarizə aparıb

Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV” 2021 təlim-məşq toplanışı və turniri keçirilib. Yığma komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında perspektivli idmançı Adil Əhmədzadə turnirdə iştirak edib. Təmsilçimiz yarışda uğurla çıxış edərək 12 seçilmiş idmançı arasında 6-cı yerə layiq görülüb.
Qeyd edək ki, idmançımız bu layihənin əvvəlki mərhələlərində də uğurlu iştirak edib.