«Zenit»in boksçuları Ukraynada uğurla çıxış ediblər

«Zenit»in boksçuları Ukraynada uğurla çıxış ediblər

Dekabrın 13-20-də Ukraynanın İvano-Frankovsk şəhərində boks üzrə Qaydamakinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçrilib. Turnirdə 8 ölkədən 12 komanda iştirak edib. Yarışda «Zenit» BTİCİB-in boksları da qüvvələrin sınaıblar. Yekun nəticələrə əsasən Mehran Rəsulov (63 kq) bütün rəqiblərinə qalib gələrək, yarışda qızıl medal əldə edib. Namiq Sənanov (46 kq), Hüseyn Orucov (50 kq), Səccad Nəsir (54 kq) və Hüseyn Məmişov (57 kq) çıxış etdikləri çəki dərəcələrində bürünc medala layiq görülüblər.